Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Baykar"ın ixracatı Çinin ümumi hərbi ixracatından çoxdur

Tarix: 11 Sentyabr 2023 18:18

Türkiyənin Baykar şirkətinin ixracatı Çinin ümumi hərbi ixracatından çoxdur.

Milli.Az xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə hərbi mənbələrindən bildirilib.

"Təkcə Türkiyənin Baykar şirkətinin müdafiə sənayesi məhsullarını ixrac etdiyi ölkələrin sayı, bütün Çin müdafiə sənayesi şirkətlərinin ixrac etdiyi ölkələrin sayından çoxdur",- deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, 2023-cü ilin yanvar-iyul aylarında Türkiyənin müdafiə sənayesi məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 34,9 faiz artaraq, 3 milyard dollara bərabər olub.

Bu ilin iyul ayında Türkiyə 657,5 milyon dollar məbləğində müdafiə sənayesi məhsulları ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 123,4 faiz çoxdur.

Son 12 ay ərzində (iyul 2022-iyul 2023) Türkiyə 5,2 milyard dollar məbləğində müdafiə sənayesi məhsulları ixrac edib.

Milli.Az


Etiketlər:  Baykarın ixracatı Çinin ümumi hərbi ixracatından çoxdur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ