Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İngiltərə nəhəngi Hazardı alır

İngiltərə nəhəngi Hazardı alır

Tarix: 12 Sentyabr 2023 19:52

Madrid "Real"ına keçidindən sonra karyerasında eniş yaşayan və "kral klubu"ndan ayrıldıqdan bəri işsiz olan Eden Hazard yenidən İngiltərə Premyer Liqasında top qova bilər.

Milli.Az "Goal.com"a istinadla xəbər verir ki, "Çelsi" yenidən 32 yaşlı futbolçuya "qucaq açmağ"a hazırdır.

Belə ki, London təmsilçisi belçikalı ilə danışıq aparır.

Son müsahibəsində karyerasını bitirmək niyyətində olduğunu bildirən Hazardın da yenidən "zadəganlar"da çıxış etmək istədiyi bildirilir.

Əgər razılaşma əldə olunsa, onun keçidi "Çelsi"yə pulsuz başa gələcək.

Milli.Az


Etiketlər:  İngiltərə nəhəngi Hazardı alır


RƏYLƏR