Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

AVRO-2024: İtaliya, İspaniya və Belçika evdə, Avstriya səfərdə qələbə qazandı

AVRO-2024: İtaliya, İspaniya və Belçika evdə, Avstriya səfərdə qələbə qazandı

Tarix: 13 Sentyabr 2023 08:20

AVRO-2024: İtaliya, İspaniya və Belçika evdə, Avstriya səfərdə qələbə qazanıb
Futbol üzrə AVRO-2024-ün seçmə mərhələsində VI tura yekun vurulub.

Milli.Az report-a istinadən xəbər verir ki, son gündə 4 qrupda ümumilikdə 9 oyun keçirilib.

Azərbaycan millisinin istirahət etdiyi turda F qrupunda iki görüş baş tutub. Üç gün əvvəl Bakıda yığmamız üzərində minimalhesablı qələbə qazanan Belçika bu dəfə digər autsayder Estoniyanı beş cavabsız qolla üstələyib. İsveç isə evdə Avstriyaya yenilib.

Diqqətçəkən matçlardan biri C qrupunda gerçəkləşib. İkinci yerə iddia edən İtaliya ilə Ukraynanı 2:1 hesabı ilə üstələyib.

AVRO-2024-ün seçmə mərhələsi
VI tur
12 sentyabr

A qrupu
İspaniya - Kipr 6:0
Norveç - Gürcüstan 2:1
Xal durumu: Şotlandiya - 15 xal (5 oyun), İspaniya - 9 (4), Norveç - 7 (5), Gürcüstan - 4 (5), Kipr - 0 (5)

C qrupu
İtaliya - Ukrayna 2:1
Malta - Şimali Makedoniya 0:2
Xal durumu: İngiltərə - 13 (5), Ukrayna - 7 (5), İtaliya - 7 (4), Şimali Makedoniya - 7 (5), Malta - 0 (5)

F qrupu
Belçika - Estoniya 5:0
İsveç - Avstriya 1:3
Xal durumu: Belçika - 13 (5), Avstriya - 13 (5), İsveç - 6 (5), Azərbaycan - 1 (4) Estoniya - 1 (5)

I qrupu
İsrail - Belarus 1:0
Rumıniya - Kosovo 2:0
İsveçrə - Andorra 3:0
Xal durumu: İsveçrə - 14, Rumıniya - 12, İsrail - 11, Kosovo - 4, Belarus - 4, Andorra - 2

Milli.Az


Etiketlər:  AVRO 2024 İtaliya İspaniya Belçika evdə Avstriya səfərdə qələbə qazandı


RƏYLƏR