Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu yay ölkə-ölkə gəzdilər - FOTOlar

Bu yay ölkə-ölkə gəzdilər - FOTOlar

Tarix: 13 Sentyabr 2023 18:45

Şou-biznes nümayəndələri yay mövsümündə toyların olmamasından istifadə edib, istirahətə yollanıb. Kimi türkiyədə, kimi Avropada dincəlib. 

Milli.Az axşam.az-a istinadən tanınmış simaların bu yay harada dincəldiyini təqdim edir:

Əməkdar artist Könül Kərimova yay tətilini İstanbulda keçirib. Müğənni bir çox yerlərdə gəzinti zamanı çəkdirdiyi şəkilləri izləyiciləri ilə bölüşüb.

Müğənni Elvin Abdullayev yay tətilini xanımı Afət Abdullayeva ilə birlikdə Türkiyədə keçirib. Cütlük Fəthiyyədə dincəlib.

Müğənni Zamiq Hüseynov bu il istirahət üçün bir çox yerə yollanıb. İfaçı Bodrum, Kapadokiya, Fəthiyədə dincəlib. İndi isə İtaliyaya yollanıb. O, hazırda Milanda istirahət edib.

Müğənni Lətifə Soyuöz istirahət üçün bir neçə ölkəni seçib. O, əvvəlcə Maldiv adalarına yollanıb. Lətifə daha sonra isə ailəsi ilə birlikdə Monteneqroda istirahət edib.  

Aparıcı cütlük Zaur və Günay Baxşəliyeva dünya turuna çıxıb. Onlar əvvəlcə Avropanı gəziblər. İtaliya, Avstriyada olan aparıcılar, daha sonra Misirə yollanıblar.

Aparıcı Vüsalə Əlizadə bu yay qızı Diləklə birlikdə gəzib. O, əvvəlcə İstanbula, sonra İzmirə gedib. Ardından Monteneqroya yollanan Vüsalə, hazırda yenidən İstanbula gedib.

Müğənni Rüfət Axundov bu yay ən çox istirahət edən sənətçilərdəndir. İfaçı əvvəlcə Avropaya yollanıb, İtaliya və bir neçə ölkədə dincəlib. Rüfət daha sonra ABŞ-yə gedərək, Nyu-York, Los-Anceles kimi şəhərləri gəzib. Müğənni BƏƏ-nə gedərək, Dubayda bir neçə gün qalıb. Hazırda isə Rüfət yenidən Avropa turuna çıxıb. O, əvvəlcə İsveçrəyə, daha sonra Portuqaliyaya gedib.

Aparıcı Aytəkin Mərdanova istirahət üçün əvvəlcə Avropaya yollananlardan olub. O, İtaliya və Fransa gəzib. Aytəkin daha sonra Bodruma istirahətə yollanıb. 

Əməkdar artist Xəyyam Nisanov da yay istirahətində bir çox ölkəyə yollanıb. O, İtaliya, Fransa, Almaniyada dincəlib. Eyni zamanda İsrailə də yollanıb.

Aktyor Nicat Rəhimov xanımı Ülviyyə ilə birlikdə Misirdə istirahət edib.  

Milli.Az


Etiketlər:  ölkə ölkə gəzdilər FOTOlar


RƏYLƏR