Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Sentyabr 2023 14:25
Aktyor Ziya Ağa çalışdığı Akademik Milli Dram Teatrından ayrılıb.
Sonxeber.net bizim.media-ya istinadən bildirir ki, bu haqda o, sosial şəbəkə hesabında məlumat yayıb.
Aktyor mədəniyyət ocağından ayrılmasını iş qrafikinin teatrla uyğun gəlməməsi ilə əlaqələndirib:
"Teatrda bu sezon üçün düşünülən, həqiqətən də, uğurlu hesab etdiyim, teatrın gələcəyi üçün uğurlu perspektiv vəd edən planları, iş qrafiki mənim planlarımla üst-üstə düşsə belə, iş qrafikimlə üst-üstə düşmədiyindən teatrdan ayrılmalı oldum.
Əgər teatrın gələcəyi üçün maneə olan kimliyindən asılı olmayaraq kimsə varsa oradan uzaqlaşmalı və ya uzaqlaşdırılmalıdır".