Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

Tarix: 14 Sentyabr 2023 20:33

Azərbaycan Ordusunun Gədəbəydəki mövqeləri atəşə tutulub, cavab tədbirləri görülüb.

Bu barədə Milli.Az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, sentyabrın 14-ü saat 19:35-də Ermənistan silahlı qüvvələrinin bölmələri Çəmbərək rayonu istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Gədəbəy rayonunun Zamanlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan bir neçə dəfə atəşə tutub. Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.

Milli.Az


Etiketlər:  Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ