Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qanunsuz erməni silahlı dəstələrinin Ağdam istiqamətində yeni səngər yolları qazmaq cəhdinin qarşısı alınıb - MN

Qanunsuz erməni silahlı dəstələrinin Ağdam istiqamətində yeni səngər yolları qazmaq cəhdinin qarşısı alınıb - MN

Tarix: 14 Sentyabr 2023 20:45

Qanunsuz erməni silahlı dəstələrinin Ağdam istiqamətində yeni səngər yolları qazmaq cəhdinin qarşısı alınıb.

Bu barədə Milli.Az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Belə ki, saat 19:05-dən 19:25-dək Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqelərinə yaxınlaşmaq məqsədilə yeni səngər yolları qazmağa cəhd göstəriblər. Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.

Milli.Az


Etiketlər:  Qanunsuz erməni silahlı dəstələrinin Ağdam istiqamətində yeni səngər yolları qazmaq cəhdinin qarşısı alınıb MN


RƏYLƏR