Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənilər Xocalıda təxribata cəhd etdi

Ermənilər Xocalıda təxribata cəhd etdi

Tarix: 15 Sentyabr 2023 11:24

Sentyabrın 15-i saat 09:30-da Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Xocalı rayonu istiqamətində yerləşən mövqelərinə yaxınlaşmaq məqsədilə yeni səngər yolları qazmağa cəhd göstəriblər.

Milli.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

"Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb", MN-in məlumatında deyilir.

Milli.Az


Etiketlər:  Ermənilər Xocalıda təxribata cəhd etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ