Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Seksual qısnama ilə bağlı müğənniyə böhtan atılıb?

Seksual qısnama ilə bağlı müğənniyə böhtan atılıb?

Tarix: 15 Sentyabr 2023 13:10

Vilnüs prokurorluğu əvvəllər "Rammstein" qrupunun solisti Till Lindemannı cinsi qısnamada ittiham edən irlandiyalı Şelbi Linnə qarşı istintaqa başlayıb. 

Milli.Az olay-a istinadən bildirir ki, irlandiyalı qadın may ayında Vilnüsdə "Rammstein" konsertindən sonra ittihamlarla çıxış edib.

Bundan sonra, iyunun 14-də Berlində Lindemann barəsində istintaq başladılıb. Solist cinsi cinayətlərdə və narkotik vasitələrin yayılmasında şübhəli bilinib. 

Kifayət qədər dəlil tapılmadığı üçün istintaqa avqustun 29-da son verilib.

Hazırda qadının böhtan atması ilə bağlı araşdırma aparılır.

Araşdırma iyul ayında Lindemannın vəkilinin Litva prokurorluğu ilə əlaqə saxlamasından sonra başlayıb.

Milli.Az


Etiketlər:  Seksual qısnama ilə bağlı müğənniyə böhtan atılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ