Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Səhrada göllər və çaylar peyda oldu - FOTO

Səhrada göllər və çaylar peyda oldu - FOTO

Tarix: 15 Sentyabr 2023 15:28

Aralıq dənizi qasırğası - "Daniel" Liviyada daşqınlar səbəbindən genişmiqyaslı dağıntılara və minlərlə insanın ölümünə səbəb olub. Yer kürəsini müşahidə edən "Sentinel-2" peyki təbii fəlakətin miqyasını qeydə alıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, kadrlardan aydın olur ki, səhrada göllər və çay sistemləri yaranıb.

"Daniel" qasırğasının nəticələrinin görüntüləri, həmçinin ABŞ Milli Okean və Atmosfer Administrasiyasının peykləri tərəfindən çəkilib. Gecə çəkilən bu görüntülər qasırğanın gəlişindən sonra elektrik enerjisinin kəsilməsinin miqyasını göstərir. Bir çox ərazilərin işıqsız qaldığını görmək olar.

Amerikanın "Planet Labs" şirkətinin peykləri Derna şəhərində qasırğadan sonrakı dağıntıların ətraflı görüntülərini çəkib.

Elm adamları, həmçinin "Sentinel-3" və "Meteosat 11" peykləri tərəfindən çəkilmiş görüntüləri əldə ediblər. Kadrlarda "Daniel" qasırğasının Sahara səhrası üzərində tüğyan etməsi əks olunub.

Son məlumatlara görə, Liviyada fəlakət qurbanlarının sayı səkkiz mini keçib. Bundan başqa 20 minə yaxın adamın itkin düşdüyü bildirilir.

Milli.Az


Etiketlər:  Səhrada göllər çaylar peyda oldu FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ