Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Sentyabr 2023 16:03
Təəssüf ki, müharibə və münaqişə bitsə də, bitməyən və bölgədə sülh və sabitliyə əngəl törədən Ermənistanın 30 ilə yaxın işğal dövründə olduğu kimi danışıqların imitasiyası və davamlı hərbi-siyasi təxribatlar ilə məşğul olmasıdır.
Sonxeber.net xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin ABŞ Senatında dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi v.i.e. Yuri Kimin iştirakı ilə keçirilmiş dinləmələrdə səsləndirilən iddialara dair şərhində deyilir.
"Bu baxımdan, 30 illik münaqişədən sonra yaranmış tarixi fürsətin danılması yerinə, Ermənistanın törətdiyi təxribatların dayandırılmasının, ən əsası isə Azərbaycan ərazilərindən hələ də çıxarılmayan erməni silahlı qüvvələrinin ərazilərimizi dərhal tərk etməsinin tələb olunmasının vacib və ədalətli olduğuna inanır və ABŞ tərəfini bu mövqedən çıxış etməyə çağırırıq", - deyə şərhdə bildirilib.