Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Angela Merkelin beton abidəsi aşdı

Angela Merkelin beton abidəsi aşdı

Tarix: 16 Sentyabr 2023 21:58

Almaniyanın keçmiş kansleri Angela Merkelin Yuxarı Pfalzda yerləşən beton fiquru gecə saatlarında aşıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə abidəni hazırlayan heykəltaraş Vilhelm Kox məlumat verib.

"Təəssüf ki, 3D çapın çox da davamlı olmadığı və açıq havada istifadə üçün uyğunsuzluğu ortaya çıxdı", - deyə heykəltaraş bildirib.

Qeyd edək ki, abidənin açılışı 2021-ci ildə Merkel hələ Almaniya hökumətinə rəhbərlik etdiyi vaxtlarda baş tutub. Bu fiqur siyasətçinin tez-tez geyindiyi şalvar və gödəkçədə at üzərində təsviri idi. Abidə 3D printer vasitəsilə təkrar emal olunmuş yüngül betondan hazırlanmışdı.

Milli.Az


Etiketlər:  Angela Merkelin beton abidəsi aşdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ