Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya mövqelərini bərpa etməyə çalışır, Ukrayna irəliləyir

Rusiya mövqelərini bərpa etməyə çalışır, Ukrayna irəliləyir

Tarix: 17 Sentyabr 2023 13:26

Ötən gün ərzində Baxmut istiqamətində Kleşiyevka ərazisində Ukrayna ordusu rus əsgərlərinin 10-dan çox hücumunu dəf edib.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Məlumata görə, ötən gün ərzində 30 hərbi toqquşma baş verib:

"Ukraynanın şərqində və cənubunda əməliyyat vəziyyəti ağır olaraq qalır. Düşmən Donetsk vilayətinin Kurdyumovka və Andreyevka ərazilərində itirilmiş mövqelərini bərpa etməyə cəhd edib, Avdeyevka istiqamətində isə Şimali Donetsk vilayətində uğursuz hücum əməliyyatları həyata keçirib. Eyni zamanda, Ukrayna Müdafiə Qüvvələri Melitopol və Baxmut istiqamətində hücum əməliyyatlarını davam etdirir, düşməni məhv edir və işğal olunmuş əraziləri addım-addım azad edir. Hücum əməliyyatlarının nəticələrinə əsasən Donetsk vilayətinin Kleşiyevka ərazisində əsgərlərimiz uğur qazanıb".


Etiketlər:  Rusiya mövqelərini bərpa etməyə çalışır Ukrayna irəliləyir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ