Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ərdoğanın Maska sualı maraq doğurdu - ''Arvadın haradadır?'' - FOTO

Ərdoğanın Maska sualı maraq doğurdu - ''Arvadın haradadır?'' - FOTO

Tarix: 18 Sentyabr 2023 14:10

Xəbər verdiyimiz kimi ABŞ-da səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan SpaceX və Tesla şirkətlərinin baş direktoru Elon Mask ilə görüşüb.

Sonxeber.net manset.az-a istinadən xəbər verir ki, görüşdə maraqlı anlar yaşanıb.

Mask görüşə oğlu ilə birlikdə qatılıb. Prezident Ərdoğanın sualı Maskın həyat yoldaşı ilə ayrıldığını ortaya çıxarıb.

Maskın oğluna top hədiyyə edən Ərdoğanın Maskın həyat yoldaşı ilə bağlı sualı onların ayrıldığını ortaya çıxarıb.

Türkiyə prezidenti məşhur iş adamına "Həyat yoldaşınız haradadır?" sualını verib.

Mask isə "O, hazırda San-Fransiskodadır. Biz ayrılmışıq və buna görə də oğluma mən qulluq edirəm"  - deyə cavab verib.

Qeyd edək ki, Ərdoğan görüşdə Türkiyənin kosmos proqramı çərçivəsində atılan və atılacaq addımlarda SpaceX ilə əməkdaşlıq imkanlarının yarana biləcəyini bildirib. Türkiyə prezidenti Maskı İzmirdə keçiriləcək Teknofestə dəvət edib və Maskdan Teslanın 7-ci fabrikini Türkiyədə qurmağa çağırıb.


Etiketlər:  Ərdoğanın Maska sualı maraq doğurdu Arvadın haradadır FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ