Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusların Baxmutda 2 elit briqadası məhv edildi

Rusların Baxmutda 2 elit briqadası məhv edildi

Tarix: 19 Sentyabr 2023 17:32

Ukrayna ordusu Baxmutun cənubuna uğurlu hücumla rusların elit bölmələrini darmadağın edib.

Milli.Az axar.az-a istinadən bildirir ki,  bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutunun hesabatında qeyd olunub.

Məlumata görə, Ukrayna ordusu Andreyevka və Kleşiyevkanın azad olunması zamanı 72-ci motoatıcı briqada, Hava Desant Qüvvələrinin 31-ci və 83-cü qvardiya briqadalarının bölmələrini tamamilə məhv edib.

"Şərq" taborunun komandiri Aleksandr Xodakovskinin Hava Desant Qüvvələrinin 31-ci briqadasının komandirinin öldürülməsini açıqlaması da bunu sübut edir. 72-ci motoatıcı briqada da döyüşdə effektsiz olub, onun dəqiq itkiləri hələ də bəlli deyil. Bu hava-desant bölmələri əks-hücumlarda və Ukrayna ordusunun hücum əməliyyatını dayandırmaq cəhdlərində iştirak ediblər", - hesabatda qeyd olunub.

Qeyd edək ki, rusların 72-ci motoatıcı briqadasının məhv edilməsi ilə bağlı Ukrayna Silahlı Qüvvələrinin 3-cü hücum briqadası da məlumat yaymışdı.

Milli.Az


Etiketlər:  Rusların Baxmutda 2 elit briqadası məhv edildi


RƏYLƏR