Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Macarıstanda partlayış olub, ölən və xəsarət alanlar var

Macarıstanda partlayış olub, ölən və xəsarət alanlar var

Tarix: 21 Sentyabr 2023 07:02

Macarıstanın Esterqom şəhərində həyəcan siqnalı ilə evə çağırılan polis əməkdaşı psixi problemli kişinin törətdiyi partlayış nəticəsində həlak olub.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə polis idarəsindəki mənbələrə istinadən "M1" telekanalı məlumat yayıb.

Qeyd edilir ki, hadisəni törədən şəxs də ölüb. Partlayış zamanı habelə azı altı nəfər yaralanıb.

Polis hadisə yerində araşdırmaları davam etdirir və hələlik rəsmi açıqlama verməyib. İlkin məlumata görə, polisə partlayış törətməklə hədələyən yerli sakinlərdən birinin ya qohumları, ya da qonşuları zəng edib. Hüquq-mühafizə orqanlarının əməkdaşları onun evinə gələndə həmin şəxs külli miqdarda benzini yerə tökərək qaz balonunu partladıb. Nəticədə yaxınlıqdakı insanlar müxtəlif dərəcəli yanıqlar və xəsarətlər alıblar.

Zərərçəkənlər xəstəxanaya çatdırılıb.

Milli.Az


Etiketlər:  Macarıstanda partlayış olub ölən xəsarət alanlar var


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ