Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yevlax görüşünə meyxana yazan Rövşən: "Eşitmişdim ki..."

Yevlax görüşünə meyxana yazan Rövşən:

Tarix: 21 Sentyabr 2023 15:00

"Gündəmlə ayaqlaşmaq üçün istedad lazımdır". 

Milli.Az qaynarinfo-ya istinadən xəbər verir ki, bunu  meyxana ifaçısı Rövşən Binəqədli senyabrın 20-də Qarabağda lokal antiterror tədbirlərinin aparıldığı zamanda sosial şəbəkələrdə yayılan "Yevlaxa gələrsiniz" adlı ifasından danışarkən deyib. 

Meyxanaçı həmin vaxt Ağdamda olduğunu bildirib: 
"Gəldim Bakıya, dostum müəllim mənə müraciət etdi ki, təxminən belə bir ifa lazımıdr, edə bilərsən? Dedim çalışaram, başladım deməyə, bir qafiyə deyən kimi, ardı özü gəldi, baxdım ki, əla alınıb".

"İfanızda ən çox diqqət çəkən məqam "Döyüşmədiniz, qorxurdunuz ölərsiniz, peşman olub, Yevlaxa belə gələrsiniz" qafiyəsi idi. Qarabağda yaşayan erməni sakinlərinin nümayəndələri ilə görüşün Yevlax şəhərində keçiriləcəyinə dair məlumatlı idinizmi" sualına meyxanaçının cavabı belə olub: 

"Eşitmişdim ki, belə bir görüş olacaq. Hər şey də ondan qaynaqlandı. Beləlikə, ifa etdim və özümə də ruh verən bir əsər yarandı".

Rövşən Binəqədli sonda həmişə belə movzularda ifaları olacağını bildirib.

Milli.Az


Etiketlər:  Yevlax görüşünə meyxana yazan Rövşən Eşitmişdim ki


RƏYLƏR