Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Antiterror tədbirlərinə görə konsertini təxirə saldı - VİDEO

Antiterror tədbirlərinə görə konsertini təxirə saldı - VİDEO

Tarix: 22 Sentyabr 2023 07:30

Müğənni Aydin Sani 23 sentyabrda "Yaşıl teatr"da keçirilməsi planlaşdırılan canlı solo konsertini təxirə salıb.

Milli.Az bizim media-ya istinadla xəbər verir ki, bu haqda sənətçinin özü sosial şəbəkə hesabında yayımladığı videoaçıqlamada bildirib.

"Həssas dönəmlərdən keçirik. Şəhidlərimiz və yaralılarımız var. Xalqımıza dərin hüznlə başsağlığı verirəm. Qazilərimizə və yaralılarımıza Allahdan şəfa diləyirəm. İfaçılıqdan əvvəl biz azərbaycanın vətəndaşlarıyıq.

23 sentyabr tarixində "Yaşıl teatr"da baş tutacaq konsertimi şəhid verdiyimizə görə, təxirə salıram. Kim komsertimə bilet alıbsa, suallarla bağlı "İticket.az" saytı ilə əlaqə saxlaya bilər.

Bayrağımız hər zaman uca, dövlətimiz və millətimiz var olsun. Allah şəhidlərimizə rəhmət eləsin", - deyə Aydın vurğulayıb.

Videoaçıqlamada konsertini təxirə salan A.Sani konsertin növbəti tarixi barədə məlumat verməyib.

Milli.Az


Etiketlər:  Antiterror tədbirlərinə görə konsertini təxirə saldı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ