Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Gülyanaq: “Düşmən qabağımızda sındı, haqqımız olanı əldə etdik” - VİDEO

Gülyanaq: “Düşmən qabağımızda sındı, haqqımız olanı əldə etdik” - VİDEO

Tarix: 22 Sentyabr 2023 14:30

"Biz hamımız bu gün Azərbaycan xalqı olaraq, çox sevincliyik, çünki artıq qələbə bizimlədir. Bir neçə il əvvəl 44 günlük müharibənin qələbə sevincini yaşadıq. Amma bu gün daha böyük sevinci yaşayırıq ki, Qarabağımız döyünən ürək olaraq artıq bütövləşdi. Həsrətimizə son qoyuldu". 

Milli.Az bizim.media-ya istinadən bildirir ki, bu sözləri Azərbaycanın və Özbəkistanın Xalq artisti Gülyanaq Məmmədova "Sabahın xeyir, Azərbaycan!" verilişinə müsahibəsində deyib.

Sənətçi Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələrinin lokal xarakterli antiterror tədbirləri nəticəsində ağ bayraq qaldıraraq təslim olunmalarına belə münasibət bildirib: 

"Bu yolda şəhidlərimiz də oldu. Amma torpaq uğrunda qanından və canından keçən varsa, Vətən var. Kaş ki, olmayaydı, amma o şəhidlərimizin, əsgərlərimizin, qazilərimizin sayəsində qələbə əldə etdik. Təbii ki, cənab Ali Baş Komandanımız olmaqla... Biz fəxr edirik ki, bizim Prezidentimiz və böyük müzəffər ordumuz və bir olan xalqımız var. Cənab Prezidentimiz çıxışlarında "dəmir yumruq" deyir.
Biz də o "dəmir yumruğ"u hiss edirik. Biz "dəmir yumruq" olaraq azərbaycançılığımızı və dövlət olmağımızı bütün dünyaya sübut edə bildik. Düşmən qabağımızda sındı. Biz haqqımız olanı aldıq, əldə etdik. Bizim heç kimin heçnəyində gözümüz yoxdur. Mənfur düşmənlərimizin yaşadıqları torpaqlar bizim torpaqlarımızdır".

Milli.Az


Etiketlər:  Gülyanaq Düşmən qabağımızda sındı haqqımız olanı əldə etdik VİDEO


RƏYLƏR