Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Sentyabr 2023 20:20
Müğənni Fədayə Laçın paylaşımlarını tənqid edənlərə cavab verib.
Sonxeber.net publika.az -a istinadən xəbər verir ki, o, oxumağa həmişə davam edəcəyini və duyğularını bu şəkildə ifadə etdiyini bildirib:
"Kim nə deyir desin, oxumağım tökülür. Dərdimi də, sözümü də səsimlə, oxuyaraq çatdırıram. Ağlamıram, oxuyuram. İndi yazacaqlar ki, biz bu dərddə ikən Fədayə oxumaq istəyir. Anlamırlar axı... Anlamazlar...".
Sənətçi daha sonra "Ananın səsi" mahnısını ifa etdiyi videonu yayımlayıb.
Qeyd edək ki, müğənni həbsxanadan azad edildikdən sonra Moskvaya köçüb və Azərbaycana qayıtmaq fikrində deyil.