Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu ölkə ABŞ-dən 180-dən çox “Stryker” zirehli texnikası alacaq

Bu ölkə ABŞ-dən 180-dən çox “Stryker” zirehli texnikası alacaq

Tarix: 23 Sentyabr 2023 09:32

Bolqarıstan hökuməti quru qoşunlarını modernləşdirmək və onları NATO standartlarına uyğunlaşdırmaq məqsədilə ABŞ-nin 183 "Stryker" döyüş maşınının alınmasını təsdiqləyib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

Bolqarıstan hökuməti açıqlayıb ki, layihənin məqsədi NATO müttəfiqləri ilə qarşılıqlı fəaliyyətə nail olmaq, eləcə də ölkələri müstəqil, birgə əməliyyatlarda və kollektiv müdafiə sistemində müdafiə etmək, habelə ölkədən xaricində müttəfiqlərin əməliyyatlarında iştirak etmək imkanları və dəstəyi əldə etməkdir.

"Stryker" zirehli maşınlarının alınması ilə bağlı qərar ABŞ Dövlət Departamentinin Bolqarıstana 1,5 milyard dollar dəyərində 183 avtomobil və müvafiq avadanlığın satışını təsdiqlədikdən sonra verilib.

Milli.Az


Etiketlər:  Bu ölkə ABŞ dən 180 dən çox Stryker zirehli texnikası alacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ