Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Emre Can ''Yuventus''dan ayrılır

Emre Can ''Yuventus''dan ayrılır

Tarix: 30 Oktyabr 2019 22:56

"Yuventus"un futbolçusu Emre Can qışda Turin klubunu tərk edə bilər.

Qol.az-ın "La Gazzetta dello Sport"a istinadən yaydığı xəbərə görə, alman yarımmüdafiəçi klubdakı vəziyyətindən razı deyil. Çempionlar Liqası üçün iştirak ərizəsinə daxil edilməyən və bu mövsüm cəmi 4 matçda oynayan 25 yaşlı futbolçu başqa çempionatın top-klubuna getmək istəyir.

Canla "Bavariya" və PSJ-nin maraqlandığı bildirilir. Onun bu qış "Yuventus"dan ayrılacağı gözlənilir.

 


Etiketlər:  Emre Yuventusdan ayrılır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ