Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Sentyabr 2023 17:20
Məşhur türkiyəli sənətçi Demet Akalın İlon Maskın şirkətinin elan etdiyi vakansiya üçün namizədliyini irəli sürüb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, Akalın türkcə bilən təmsilçi elanı üçün müraciət edib.
"Maaş istəmirəm, lakin harasa ianə etsək, bu işdə varam", - deyə Demet Akalın özünün "X" hesabında şərh verib.
Onun bu şərhi isə izləyicilər tərəfindən məsxərəyə qoyulub.
"Yaxşı oxumadınız, yəqin, türkcə bilən adam axtarırlar", - deyə izləyicilərdən biri cavab olaraq bildirib.
Qeyd edək ki, milyarder iş adamı İlon Mask "SpaceX" kosmos şirkəti üçün türkcə bilən nümayəndə axtarır. Mask işə götürəcəyi şəxsə aylıq 120 min Türkiyə lirəsi (7 min 507 AZN) maaş verəcəyini deyib.