Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Sentyabr 2023 17:22
Ermənistanda hakimiyyəti silahlı yolla ələ keçirilməsinə hazırlaşmaqda şübhəli bilinən 8 nəfər saxlanılıb.
Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.
Qeyd olunub ki, "Səlibçilər" hərbi-vətənpərvər ictimai təşkilatının üzvləri əllərindəki silahlardan həyat və ya sağlamlıq üçün təhlükəli olan zorakılıqdan istifadə etməklə hakimiyyəti ələ keçirmək barədə razılığa gəliblər.
Saxlanılan 8 nəfərin adı açıqlanmır. Onların hansı silahdan istifadə edəcəkləri göstərilməsə də, bəyanatla birlikdə yayımlanan videoda tapança, ov tüfəngi, zirehli gödəkcə və ratsiya da görünür.