Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Sentyabr 2023 12:15
"Xankəndidə yaşayırdım. İşıqlarımız yox idi, sağ olsunlar, dünən verildi".
Sonxeber.net report-a istinadən xəbər verir ki, bunu Qarabağın erməniəsilli sakini Valodya Stepanyan deyib.
O, yenidən Xankəndiyə qayıtmaq haqda qərar vermədiyini söyləyib: "63 yaşım var, tək adamam. Qayıtmaq haqqında hələ ki konkret qərar verməmişəm".
O bildirib ki, vaxtilə azərbaycanlılarla bir yerdə işləyib: "O vaxt bizim rəis Dadaşov Nəzir idi, çox yaxşılıq edib mənə. Sizlərlə problem yaşamamışam".