Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hindistan Ermənistanda hərbi baza yartamaq istəyir

Hindistan Ermənistanda hərbi baza yartamaq istəyir

Tarix: 25 Sentyabr 2023 13:52

"Hindistanla Ermənistan arasında qarşılıqlı mənfəətə əsaslanan strateji tərəfdaşlıq çərçivəsində Ermənistanda Hindistanın hərbi-hava bazasının yaradılmasının vaxtı çatıb".

Sonxeber.net xəbər verir ki, "Hindistan-Ermənistan Dostluğu Cəmiyyəti"nin sədrii Ranancay Anand belə açıqlama ilə çıxış edib.

İlk baxışdan R.Anand rəsmi Dehlinin siyasi elitalarının və ya şakimiyyət isteblişmentinin mənsubu deyil, onun fikri fərdin mövqeyi kimi qəbul edilə bilər.

Lakin belə deyil.

Hindistanın Milli Müdafiə Kollecinin komandiri, general-leytenant Sukriti Sinqh Dahiyanın başçılıq etdiyi nümayəndə heyəti ötən ayın sonlarında İrəvanda rəsmi səfərdə olub.

Səfər əsnasında Ermənistanın müdafiə naziri Suren Papiyanla keçirilən görüşdə Ermənistan Silahlı Qüvvələrində islahatlar və silahlandırma prosesində Hindistanın iştirakı, habelə hərbi-texniki sahədə Hindistan-Ermənistan əməkdaşlığının intensivləşdirilməsi məsələləri müzakirə olunub.

Bu yaxınlarda isə Hindistan istehsalı olan "Pinaka MK-1" reaktiv yaylım atəşi sistemlərindən ibarət yük İran ərazisindən keçirilərək Ermənistana daşınmışdı.

Ermənistan ordusunun qalıqlarının sürətlə silahlandırılmasında Hindistanın aktiv iştirakının arzuolunmazlığı bu ölkənin Bakıdakı səfiri Şridharan Madhusudhananın da nəzərinə çatdırılıb.

Hindistan Ermənistana raket qurğularından savayı, uzaqvuran artilleriya qurğuları, minaatan komplekslər, hava hücumundan müdafiə sistemləri və s. satmağa hazırlaşır. 

Proses artıq başlanıb.

Hindistan rəhbərliyi fasiləsiz olaraq "Biz beynəlxalq hüququn prinsiplərpinə tam əməl olunmasına tərəfdarıq" tipli bəyanatlar versə də, Cənubi Qafqazda yeni hərbi münaqişənin alovlanmasına və Azərbaycanın ərazi bütünlüyünün pozulmasına yönəlmiş cəhdləri dəstəkləyir.

Rəsmi Dehlinin bu davranışı Hindistanın da üzv olduğu Qoşulmama Hərəkatının və Bandunq konfransının prinsiplərinə tam ziddir.


Etiketlər:  Hindistan Ermənistanda hərbi baza yartamaq istəyir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ