Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Sentyabr 2023 17:00
2024-cü ildə keçiriləcək növbəti "Super Bowl"da kimin çıxış edəcəyi bəlli olub.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, tədbirdə 8 "Qremmi" mükafatının qalibi, amerikalı müğənni Aşer şou göstərəcək.
Bu barədə sosial media hesabında yazan Aşer hisslərini belə ifadə edib:
"Nəhayət "Super Bow"da çıxış edəcəyim üçün qürur duyuram. Dünyaya məndən əvvəl gördüklərindən fərqli bir şou təqdim etmək üçün səbirsizlənirəm".
Qeyd edək ki, mərasim fevralın 11-də keçiriləcək. Bundan əvvəl müğənni Rihanna şouda məşhur mahnılarını ifa edərək ikinci övladı olacağını açıqlamışdı.