Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qızlar məktəbinin sanitar qovşağına KAMERA quraşdırıldı - AĞLASIĞMAZ QƏRAR

Qızlar məktəbinin sanitar qovşağına KAMERA quraşdırıldı - AĞLASIĞMAZ QƏRAR

Tarix: 25 Sentyabr 2023 23:06

Tehranda yerləşən 1№-li Fərzəneqan qızlar məktəbinin şagirdləri ötən il xalq etirazlarında geniş fəaliyyət göstərən məktəblərdən biridir.

Lakin bu təhsil ocağının əvvəlki direktoru etirazçı şagirdlərin şəxsi məlumatlarını təhlükəsizlik orqanlarına verməkdən imtina etdiyi üçün vəzifəsindən azad edilib.

İndi isə məktəbin yeni direktoru şagirdlər arasında narkotik maddələrin istifadəsinin qarşısını almaq bəhanəsi ilə məktəbin sanitar qovşağına kameralar quraşdırıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat verib.

Məlumata görə, buna bir çox valideyn və şagird qarşı çıxsa da, Təhsil Nazirliyi sözügedən məktəb direktorunun tərəfində olduğu üçün edilən etirazlara məhəl qoyulmayıb.

Milli.Az


Etiketlər:  Qızlar məktəbinin sanitar qovşağına KAMERA quraşdırıldı AĞLASIĞMAZ QƏRAR


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ