Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Sentyabr 2023 10:54
ABŞ Prezidenti Cozef Bayden çərşənbə axşamının iş qrafikinə əsasən, Miçiqan ştatına gedərək, yerli vaxtla günorta (Bakı vaxtı ilə saat 20:00) avtomobil sənayesi işçilərinin tətilinə qoşulmağı planlaşdırır.
Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə xarici mətbuatda məlumat verilib.
Qeyd edilir ki, dövlət başçısı "özlərinin yaratdıqları səmərələrin ədalətli payı uğrunda mübarizə aparan" fəhlələrin piketinə qoşularaq kişi və qadınları dəstəkləmək niyyətindədir.
Tədbir iki saatdan az davam edəcək, bundan sonra dövlət başçısının təyyarə ilə Kaliforniya ştatının San-Fransisko şəhərinə uçması planlaşdırılır.
Baydenin əsas siyasi rəqibi, eyni zamanda 2024-cü ildə prezidentliyə namizəd olacaq respublikaçı Donald Trampın çıxışından bir gün əvvəl Miçiqana səfər edəcəyi gözlənilir.
Tramp da öz növbəsində hakimiyyətə gələcəyi təqdirdə enerji qiymətlərini kökündən aşağı salacağına söz verib. Bundan əlavə, o, beynəlxalq ticarətdə bir çox xarici mallara tariflərin qoyulmasının tərəfdarıdır.