Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Sosial Mediada “Fake Off”: media bacarıqlarının inkişaf etdirilməsi” adlı layihəsinə start verildi

“Sosial Mediada “Fake Off”: media bacarıqlarının inkişaf etdirilməsi” adlı layihəsinə start verildi

Tarix: 26 Sentyabr 2023 15:38

Sosial Mediada "Fake Off": media bacarıqlarının inkişaf etdirilməsi" adlı layihənin açılış tədbiri keçirilib.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin "kiçik qrant layihəsi" çərçivəsində elan etdiyi xüsusi müsabiqənin qalibi olan İnnovativ təşəbbüslərə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən tədbirə sosial media üzrə ekspertlər, bloger, aktivist və ictimai fəalları iştirak edib.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, tədbirdə çıxış edən İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyinin həmtəsisçisi Abbas Pənahov iştirakçılara layihə haqqında Sosial media "Fake" xəbərlərlə mübarizə haqqında qısa məlumat verib.

Sonra çıxış edən bloger, sosial media üzrə ekspert Adnan Hüseyn saxta xəbər, misinformasiya, dezinformasiya və onlarla mübarizə metodları haqqında təlim keçib.

Qeyd edək ki, təlimlər üç gün davam edəcək və layihənin yekununda 20 fəal ABŞ-ın Miçiqan Dövlət Universitetinin onlayn kursunu başa vuraraq sertifikatlara yiyələnəcək.


Etiketlər:  Sosial Mediada Fake media bacarıqlarının inkişaf etdirilməsi adlı layihəsinə start verildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ