Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rosen Plevneliev İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Rosen Plevneliev İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Tarix: 26 Sentyabr 2023 18:45

2012-2017-ci illərdə Bolqarıstan Respublikasının Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qəyyumlar Şurasının üzvü Rosen Plevneliev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Zati-aliləri!

Sizi Azərbaycanın suverenliyi və beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün tam təmin olunması istiqamətindəki davamlı fəaliyyətiniz və əldə etdiyiniz tarixi nailiyyətlər münasibətilə təbrik etməkdən böyük şərəf hissi duyuram.

Mən Sizin Qarabağda yaşayan ermənilərin reinteqrasiyası prosesi, onların hüquqlarına zəmanət verilməsi ilə bağlı mövqeyinizi, həmçinin müxtəlif mədəniyyətlərə və dini inanclara münasibətinizi tam şəkildə dəstəkləyir və yüksək qiymətləndirirəm. Azərbaycanın müxtəlif etnik və dini icmalar arasında anlaşmaya göstərdiyi diqqət və dəstəkdən qurur duyuram.

Cənab Prezident, Sizə fəaliyyətinizdə uğurlar arzulayıram, ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm".


Etiketlər:  Rosen Plevneliev İlham Əliyevə təbrik məktubu ünvanlayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ