Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Faiq Ağayev və PRoMete-dən ''Anaya məktub'' - VİDEO

Faiq Ağayev və PRoMete-dən ''Anaya məktub'' - VİDEO

Tarix: 28 Sentyabr 2023 19:35

Rep ifaçısı PRoMete (Pərviz İsaqov) Xalq artisti Faiq Ağayevlə birgə oxuduğu dueti təqdim edib.

Milli.Az olay-a istinadən bildirir ki, cütlüyün birgə səsləndirdiyi mahnı "Anaya məktub / Bəlkə də" adlanır. Sözləri Vaqif Səmədoğlu, musiqisi PRoMete və Elgün Ataxanlıya aid olan trekdə PRoMetenin də əlavələri olub. Arajımanı isə Yaşar Baxış və Elgün Ataxanlıya həvalə edilib. 

"Mahnının bu günlərdə dəyəri daha böyükdür. Ümid edirəm ki, bu payız belə mövzuların aktual olduğu son payız olacaq. Daha şəhidlərimiz, torpaqlarımızda qan-qada olmayacaq və bu mahnı da bu qərinə ərzində yazılan bəstələrimiz kimi tariximizi andıracaq.

Mahnını birlikdə ifa etməyimizə razı olduğu üçün dəyərli sənətkarımız Faiq Ağayevə qəlbdən təşəkkürlərimi göndərirəm.

Adını "Anaya məktub" qoyduğumuz bəstə musiqisi Emin Sabitoğlu, sözləri Vaqif Səmədoğluya aid olan "Bəlkə də" mahnısının motivləri əsasında yazılıb" deyə, PRoMete bildirib.

Xatırladaq ki, mahnı ilk dəfə PRoMetenin martın 11-də "Elektra Events Hall"da baş tutan solo konsertində səsləndirilib.

Milli.Az


Etiketlər:  Faiq Ağayev PRoMete dən Anaya məktub VİDEO


RƏYLƏR