Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Daşınan elektronika bazarında artım gözlənilir

Daşınan elektronika bazarında artım gözlənilir

Tarix: 31 Oktyabr 2019 12:20

“Gartner” analitik şirkətinin proqnozuna görə, 2020-ci ildə qlobal daşınan elektronika bazarının həcmi 2019-cu illə müqayisədə 27% yüksələrək 52 milyard dollar təşkil edəcək.

 

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, “ağıllı” saat sözügedən bazarın ən böyük seqmentidir. Bu seqmentin həcmi 2020-ci ildə 34% artaraq 22,8 milyard dollar olacaq. Başa taxılan virtual və artırılmış reallıq cihazları ikinci yeri tutur, gələn il bu seqmentin həcmi 10,6 milyard dollara yaxınlaşacaq.

 

2020-ci ildə qulaqlıqlara ümumilikdə 8,7 milyard dollar xərclənəcək, halbuki cari il bu göstərici 7,9 milyard dollar səviyyəsində proqnozlaşdırılır.

 

“Gartner”in proqnozuna görə, 2020-ci ildə idman saatları və fitness qolbaqlarının satış həcmi müvafiq olaraq 4,5 və 3,1 milyard dollar təşkil edəcək. 2019-cu ildə bu elektronika qurğularına xərcləmələr müvafiq olaraq 4,1 və 3,2 milyard dollar təşkil etməlidir.

 

Ən böyük artım sürəti “ağıllı” geyim kateqoriyasında gözlənilir: 2020-ci ildə satış həcmi 52% artaraq 1,7 milyard dolları ötə bilər.

 

Emil Hüseynov




Etiketlər:  Daşınan elektronika bazarında artım gözlənilir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ