Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Şeyma boşanma ərəfəsində yeni sevgili tapıb?

Şeyma boşanma ərəfəsində yeni sevgili tapıb?

Tarix: 29 Sentyabr 2023 16:25

Xəbər verdiyimiz kimi, türkiyəli fenomen Şeyma Subaşı misirli həyat yoldaşı Mohammed Alsaloussidən boşanır.

Milli.Az axşam.az-a istinadən bildirir ki, onunla bağlı yeni iddia ortaya atılıb. Bildirilib ki, fenomen boşanma ərəfəsində yeni eşq yaşayır. Onun iş adamı Burak Ateşlə münasibətdə olduğu iddia edilib. Burakın Şeyma ilə Mohammedin toyunda da iştirak etdiyi bildirilib. 

Qeyd edək ki, Şeyma və Mohammed mayda ailə qurub. Onlar üç gün, üç gecə toy etmişdi. İkili məhkəməyə təqdim etdikləri sənədlərdə aralarında sevgi bağının olmadığını və bir-birilərindən təzminat tələb etmədiklərini vurğulayıblar.  

Fenomenin keçmiş həyat yoldaşı Acun Ilıcalı isə Şeymaya dəstək olacağını bildirib. 

Milli.Az


Etiketlər:  Şeyma boşanma ərəfəsində yeni sevgili tapıb


RƏYLƏR