Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ərdoğanla Tokayev arasında telefon danışığı olub

Ərdoğanla Tokayev arasında telefon danışığı olub

Tarix: 2 Oktyabr 2023 17:08

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev arasında telefon danışığı olub.

Milli.Az-ın TurkicWorld-a istinadən məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, tərəflər telefon danışığı zamanı ikitərəfli münasibətlər, regional və qlobal məsələlər barədə müzakirələr aparıb.

Bundan əlavə, hər iki lider noyabrda Qazaxıstanda keçiriləcək Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının Zirvə toplantısının gündəliyinə daxil ola biləcək məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.

Milli.Az


Etiketlər:  Ərdoğanla Tokayev arasında telefon danışığı olub


RƏYLƏR