Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya Aİ vətəndaşları üçün vizaların rüsumunu xeyli artıracaq

Rusiya Aİ vətəndaşları üçün vizaların rüsumunu xeyli artıracaq

Tarix: 3 Oktyabr 2023 15:24

Rusiyaya daxil olan Avropa İttifaqı - Danimarka, İslandiya, Lixtenşteyn, Norveç və İsveçrə ölkələrinin vətəndaşları üçün viza rüsumları artırılması və güzəştlərinin ləğvi nəzərdə tutulur.

Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə RBK məlumat yayıb.

Bildirilib ki, bununla bağlı Xarici İşlər Nazirliyində qanun layihəsi hazırlanıb və hökumətə təqdim edilib.

Bu təklif Xarici İşlər Nazirliyi tərəfindən Aİ, Danimarka, İslandiya, Norveç və İsveçrə tərəfindən Rusiya vətəndaşlarına vizaların verilməsinin qarşılıqlı sadələşdirilməsinə dair beynəlxalq müqavilələrin birtərəfli qaydada tam dayandırılmasına cavab olaraq hazırlanıb.

Rusiya ilə Aİ arasında vizaların qarşılıqlı verilməsinin sadələşdirilməsinə dair saziş 2006-cı il mayın 25-də imzalanıb və həmin il iyunun 1-də qüvvəyə minib.

Layihə üç ayadək müddətə birdəfəlik vizaların, habelə vətəndaşların ayrı-ayrı kateqoriyaları üçün çoxdəfəlik vizaların verilməsi prosedurunun sadələşdirilməsini nəzərdə tutur.

Lakin Ukraynada müharibə başlayandan sonra Aİ-nin 27 ölkəsinin xarici işlər nazirləri 2022-ci il sentyabrın 12-dən bu sazişi dondurmaq qərarına gəliblər.


Etiketlər:  Rusiya vətəndaşları üçün vizaların rüsumunu xeyli artıracaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ