Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Oktyabr 2023 09:28
Android 14-ün ictimai versiyası bu gün yeni "Google Pixel 8" və "Google Pixel 8 Pro" smartfonlarının təqdimatı ilə birlikdə buraxılacaq.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, "Android Upside Down Cake" adlanan versiya ilk növbədə bütün "Pixel" smartfonlarında quraşdırılacaq.
Proqram təminatının 2023-cü ilin mart ayından çıxan beta versiyalarına əsasən, Android 14 çoxlu kosmetik dəyişikliklər əldə edəcək. Məsələn, emojilərdən divar kağızı yaratmaq, daha çox məlumat verən batareya vidceti və sistem, habelə şrift parametrlərinə sürətli çıxış mümkün olacaq.