Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Oktyabr 2023 09:18
Dünya başqalarını iqtisadi əsarətə salan ölkələrin diktaturasından xilas olur.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Maliyyə Təhlükəsizliyi üzrə III Beynəlxalq Olimpiadada çıxışı zamanı deyib.
"Dünya yavaş-yavaş bu cür maliyyə-iqtisadi modelin diktaturasından qurtulur, onun məqsədi yalnız borc, əsarət, iqtisadi müstəmləkələrə çevrilmək və dünyanın bütün regionlarını inkişaf üçün resurslardan məhrum etməkdir", - Putin söyləyib.
O, belə bir gələcəyi az adamın arzulayacağını vurğulayıb:
"Və buna görə də bəşəriyyətin əksəriyyəti üçün daha demokratik, dürüst və ədalətli olan çoxqütblü dünya nizamının qurulması prosesi sadəcə olaraq qaçılmazdır və tarixən zəruridir".