Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İsraildə çətin vəziyyətdə qalan Samirə barədə Komitədən açıqlama - YENİLƏNİB - VİDEO - FOTO

İsraildə çətin vəziyyətdə qalan Samirə barədə Komitədən açıqlama - YENİLƏNİB - VİDEO - FOTO

Tarix: 7 Oktyabr 2023 16:35

İsraildə hərbi əməliyyatlara görə çətin vəziyyətdə qalan, hazırda sığınacaqda olan azərbaycanlı müğənni Samirə Əfəndi ilə bu dəqiqələrdə əlaqə saxladım, özü və yanındakı 4 nəfər həyəcanlı anlar yaşasalar da, yaxşıdırlar.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat katibi Vəsilə Vahidqızı məlumat verib.

Onun sözlərinə görə, Dövlət Komitəsi və İsraildə olan diaspor təşkilatları müğənni və yanındakı şəxslərin ölkəyə qayıtmasına çalışırlar:

"Onların sağ-salamat vətənə qayıtmaları üçün Diasporla İş üzrə Dövlət Komitəsi və İsraildə olan diaspor təşkilatları əllərindən gələni etməyə hazırdırlar. Gün ərzində Samirə xanımla yenidən əlaqə yaradacağıq".

--------

13:39

Bu gün səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatı İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını və İsrailə 5000 raket atıldığını bildirib.

Milli.Az axşam.az-a istinadən bildirir ki,  "Avroviziya" təmsilçilərimizdən olan Samirə Əfəndi hazırda İsraildədir. Müğənni tədbirlə bağlı getdiyi ölkədən qayıda bilmədiyini açıqlayıb:

"5 min raket... Hava limanı bağlanıb, Tel-Əviv partlayır. Partlayış və həyəcan səsləri qorxudur. Bizə otelin sığınacağına düşməyimizi deyirlər. Ümid edirik ki, hər şey keçəcək. Allah, insanları qoru" deyə, Samirə bildirib. 

Milli.Az


Etiketlər:  İsraildə çətin vəziyyətdə qalan Samirə barədə Komitədən açıqlama YENİLƏNİB VİDEO FOTO


RƏYLƏR