Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İki ölkə arasında siyasi məsləhətləşmələr keçirilib - FOTO

İki ölkə arasında siyasi məsləhətləşmələr keçirilib - FOTO

Tarix: 7 Oktyabr 2023 15:54

6 oktyabr 2023-cü il tarixində Bakı şəhərində Azərbaycan Respublikası ilə Qətər Dövlətinin Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib.

Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, Qətər Dövləti tərəfindən xarici işlər üzrə dövlət naziri Soltan bin Saad Al-Mureyxi rəhbərlik edib.

Məsləhətləşmələr zamanı siyasi, iqtisadi, enerji, humanitar, parlamentlərarası əlaqələr sahələri üzrə ikitərəfli əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri, beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlığı Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran regional və qlobal xarakterli məsələlərə dair fikir mübadiləsi aparıblar.

Qətər Dövləti tərəfinə bölgədə münaqişə sonrası mövcud olan vəziyyət, o cümlədən azad olunmuş ərazilərdə aparılan bərpa, quruculuq, reinteqrasiya işləri barədə məlumat verilib.

Milli.Az


Etiketlər:  İki ölkə arasında siyasi məsləhətləşmələr keçirilib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ