Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Oktyabr 2023 23:04
Məşhur model Cici Hadid aktyor Bredli Kuper Nyu-Yorkda görüntülənib.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, birgə gəzintiyə çıxan 28 yaşlı model və 48 yaşlı aktyor restoranlardan birindən paparatsilərin obyektivinə tuş gəlib.Onlar daha sonra eyni maşında oradan uzaqlaşıblar.
Qeyd edək ki, Bredli daha əvvəl rusiyalı məşhur model İrina Şeyklə münasibətdə olub. Onların 2017-ci ildə Liya adlı qızı dünyaya gəlib. İkili 2019-cu ildə ayrılmışdı.
Müğənni Zayn Malikdən ayrıldıqdan sonra Cicinin adı aktyor Leonardo DiKaprio ilə hallanıb. Maraqlı məqamlardan biri də həmin ərəfədə DiKaprio ilə İrina arasında da münasibət olduğu iddia edilib.