Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Oktyabr 2023 15:52
İsrail rəsmi şəkildə müharibə vəziyyətini elan edib.
Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə "Kan" dövlət radiostansiyası məlumat yayıb.
Hökumət bu qərarı 40-Əlif adlanan bəndi işə salaraq qəbul edib. Sonuncu dəfə bu bənd 50 il əvvəl - Məşhər Günü müharibəsi zamanı qüvvəyə minib.
Radiostansiya bildirib ki, ordu tam hərəkət azadlığı əldə edib.