Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İsrailə hücumun məqsədi budur - Blinken

İsrailə hücumun məqsədi budur - Blinken

Tarix: 8 Oktyabr 2023 19:10

HƏMAS-ın hücumunda məqsəd İsraillə Səudiyyə Ərəbistanı arasında münasibətlərin normallaşmasını pozmaqdır.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu ABŞ Dövlət katibi Entoni Blinken deyib.

Blinken vurğulayıb ki, HƏMAS, Hizbullah və İran Səudiyyə Ərəbistanı ilə İsrail arasında münasibətlərin normallaşmasına qarşıdır.

Xatırladaq ki, HƏMAS "İslami-Cihad"la birgə ötən gün səhər saatlarından İsrailin cənub zonasına hücum edərək xeyli dinc sakini qətlə yetirib və girov götürüb. İsrailə 5 min, o cümlədən paytaxt Təl-Əvivə 150 raket atılıb.

Milli.Az


Etiketlər:  İsrailə hücumun məqsədi budur Blinken


RƏYLƏR