Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İsrail ordusunun “Kabus” komandiri həlak oldu

İsrail ordusunun “Kabus” komandiri həlak oldu

Tarix: 8 Oktyabr 2023 21:14

İsrail ordusunun "Kabus" adlı elit bölməsinin rəisi, polkovnik Roy Levi Reim şəhərinin cənubunda Fələstinin HƏMAS qruplaşmasının yaraqlıları ilə döyüş zamanı həlak olub.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "Tayms of İsrail" məlumat yayıb.

"O, evlərində mühasirəyə alınan vətəndaşları xilas etmək üçün ilk olaraq Reimdə döyüşə girərək, komandasını cəsarətlə idarə etdi", - İsrail ordusunun yaydığı məlumatda bildirilib.

Məlumatda 10-a yaxın fələstinli yaraqlının öldürüldüyü da qeyd edilib.

Xatırladaq ki, bundan öncə daha bir polkovnikin - briqada komandiri Yonatan Ştaynberqin həlak olduğu bildirilmişdi.

Qeyd edək ki, 7 oktyabrda HƏMAS "İslami-Cihad"la birgə "Əqsa tufanı" əməliyyatı başladığını elan edib və İsrailə hücum həyata keçirib. Genişmiqyaslı hücum nəticəsində 600-dən çox sakin ölüb, 2 mindən çox insan yaralanıb.

İsrail ordusu cavab tədbirləri görür.

Milli.Az


Etiketlər:  İsrail ordusunun Kabus komandiri həlak oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ