Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kadırov Putinə “Kadırov ordeni” verdi

Kadırov Putinə “Kadırov ordeni” verdi

Tarix: 9 Oktyabr 2023 23:24

Rusiya Prezidenti Vladimir Putin Çeçenistanın ən yüksək mükafatı - "Kadırov ordeni" ilə təltif edilib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri Çeçenistan rəhbəri Ramzan Kadırov deyib.

"Çeçenistan Respublikasının ən yüksək mükafatı - bir nömrəli Əhməd Hacı Kadırov adına ordeni Rusiya Federasiyasının Prezidenti Vladimir Vladimiroviç Putinə verildi", - Kadırov Teleqram kanalında yazıb.

O, 2007-ci ildə sərəncamı imzalandığını, lakin "Cümhuriyyətin bərpasında əvəzsiz xidmətləri olan" və "ən çətin dövrdə xalqa dəstək olan" şəxsə mükafatın verilməsi üçün heç bir münasib fürsət olmadığını deyib.

O qeyd edib ki, mükafat bütün region sakinlərinin minnətdarlığıdır.

Milli.Az


Etiketlər:  Kadırov Putinə Kadırov ordeni verdi


RƏYLƏR