Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Elnur azərbaycanlı modelin ölümündən yazdı - VİDEO

Elnur azərbaycanlı modelin ölümündən yazdı - VİDEO

Tarix: 9 Oktyabr 2023 23:45

Müğənni Elnur Məmmədov model Günay Zeynalovanın ölümündən yazıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, ifaçı instaqramda vəfat edən modelin görüntülərini paylaşaraq dost olduqlarını və bu itkinin onu çox təsirləndirdiyini qeyd edib.

"20 illik dostum Günay, bu gün sənin bu fani dünyadan köçməyinin xəbərin aldım. Bizim elə yaşımızdır ki, dost itirmək çox təsir edir mənə. Sən həqiqətən çox gözəl insan olmusan, mərd, böyük ürək sahibi olmusan. Bu 20 illik dostluq illərimizdə bir dəfə də olsun neqativliyini görmədim, yalnız gözəl xasiyyətinin, qızıl ürək sahibi olduğunun şahidi oldum. Allah sənə rəhmət eləsin, daima səni gözəl xatırlayacam. Yaradıcılığımın şah əsərləri sayılan kliplərimdə tərəf müqabilim olmusan, həmişə yaşayacaqsan, ruhun şad olsun, əziz dostum Günay", - Elnur qeyd edib.

Modelin hansı səbəbdən öldüyü açıqlanmasa da, kəskin baş ağrılarından və miqrendən əziyyət çəkdiyi deyilir.

Milli.Az


Etiketlər:  Elnur azərbaycanlı modelin ölümündən yazdı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ