Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycanlı onlayn qumarda yarım milyon manat uduzdu - VİDEO

Azərbaycanlı onlayn qumarda yarım milyon manat uduzdu - VİDEO

Tarix: 10 Oktyabr 2023 08:02

Onlayn qumar oynayan azərbaycanlı yarım milyon manat uduzub.

Milli.Az Xezerxeber.az-a istinadən xəbər verir ki, ölkədə qumar oyunlarını təşkil etmək qanunla qadağandır.

Amma internetdə tez-tez qumar oyunları reklam edilir. Qaydalar isə çox sadədir. Qeydiyyatdan keçmək üçün mobil nömrə və bank kartı məlumatları istənilir. Adını və soyadını açıqlamaq istəməyən bu şəxs də internetdə qumar oynayanlardan biridir. Sonradan qumar oynamaq onda asılılıq yaradıb.

Zərərçəkən bildirib ki, belə saytlardan tez-tez şirnikləndirici təkliflər gəlir.

Ekspertlər mövzu ilə bağlı bildiriblər ki, belə saytlar adətən xarici ölkələrdə açılır. Ancaq, respublika ərazisində belə internet resursları aşkarlandıqda onlara giriş imkanları məhdudlaşıdırılır.

Qumar bəlasından xilas olmaq üçün isə reabilitasiya mərkəzlərinə son zamanlar edilən müarciətlərin sayında artım müşahidə edilir.

Hüquqşünas Elcan Həsənli bildirib ki, ölkədə icazə verilən qanuni idman mərc oyunlarından başqa istənilən həm canlı, həm virtual mərc oyunları qanunsuzdur.

Bu oyunların virtual şəbəkələrdə, onlayn platformalarda keçirilməsində 2 ildən 3 ilə qədər azadlıqdan məhrumetməyə qədər ağırlaşdırıcı cəzalar tətbiq oluna bilər.

Hüquqşünas bildirib ki, bu oyunları oynayan şəxslər də məsuliyyət daşıyırlar. Onlar 3 000 manatdək cərimə oluna bilərlər.

Milli.Az


Etiketlər:  Azərbaycanlı onlayn qumarda yarım milyon manat uduzdu VİDEO


RƏYLƏR