Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xərçəngə 40 qəpiklik çarə

Xərçəngə 40 qəpiklik çarə

Tarix: 12 Avqust 2025 21:48

Bir dilim limonlu çay xərçəng riskini azalda və insan ömrünü uzada bilər.

Sonxeber.net xəbər verir ki, bu barədə "Express" nəşri amerikalı həkimlərin tədqiqatlarına istinadla məlumat yayıb.

Mütəxəssislər sellüloz maddəsi və limon şirəsinin kimyəvi terapiya ilə birlikdə tətbiq olunduqda gəmiricilərin dillərində, ağciyərlərində və yoğun bağırsaqlarında bədxassəli şişlərin yaranmasının qarşısını aldığını müəyyən ediblər.

Lakin elm adamları qeyd edir ki, tədqiqatlarda istifadə olunan limonun dozası gündəlik adi limon istifadəsindən daha yüksək olub.

Bundan əlavə, limonlu çay virus infeksiyalarına qarşı mübarizə aparır, turşuluğu tarazlayır, immun sistemini gücləndirir, həzm sistemini toksinlərdən təmizləyir və mədə yanması, köp kimi narahatlıqların azalmasına kömək edir.

Ekspertlər belə içkilərin faydalarını artırmaq üçün təbii və mütəmadi istifadənin önəmini vurğulayırlar.


Etiketlər:  Xərçəngə qəpiklik çarə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ