Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Oktyabr 2023 12:50
Ermənistanın Şirak rayonunda ağır yol qəzası baş verib.
Sonxeber.net musavat.com-a istinadən bildirir ki, 24 yaşlı A.Saruxanyanın idarə etdiyi "Volkswagen" markalı avtomobil yoldan çıxaraq elektrik dirəyinə çırpılıb və bir neçə dəfə aşıb.
Avtomobilin sürücüsü və 22 yaşlı sərnişin, Şirak rayon sakini D.Saruxanyan Gümrü tibb mərkəzinə aparılıb.
Hadisə zamanı xəsarət alanların Ermənistan Müdafiə Nazirliyinin N saylı Hərbi Xidmətinin müqaviləli hərbçiləri olduğu məlum olub.
Faktla bağlı cinayət işi başlanıb.