Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Oktyabr 2023 13:20
Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyanın erməni malları üçün bazarını bağlaması ilə bağlı iddiaları əsassız sayır.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, o, bu barədə Ermənistanın İctimai Televiziyasına müsahibəsində deyib.
"Rusiyanın bazarını bizə bağlayacağı və ya bağlaması ilə bağlı fərziyyə hardan çıxdı? Biz Avrasiya İqtisadi Birliyinin üzvüyük və iqtisadi əlaqələrimiz tənzimlənir", - Paşinyan bildirib.
Ermənistan hökumətinin başçısı Rusiyaya erməni konyakının tədarükü ilə bağlı problemlər barədə məlumatları da təkzib edib. O xatırladıb ki, erməni istehsalçıları qəbul edilmiş standartlara əməl etməlidirlər.
Qeyd edək ki, Yuxarı Lars keçidində konyak yüklü onlarla yük maşını günlərdir Rusiyaya buraxılmır.